Toyu təxirə düşən 16 yaşlı qız intihar etdi - TƏFƏRRÜAT 

Toyu təxirə düşən 16 yaşlı qız intihar etdi - TƏFƏRRÜAT 

Hazırda oxunan: Toyu təxirə düşən 16 yaşlı qız intihar etdi - TƏFƏRRÜAT 

41686

Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən atan qızın ilkin intihar səbəbi məlum olub. 

Bizim.Media xəbər verir ki, 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində həmin evdə kirayə yaşamağa başlayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atdı - DETALLAR


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailəsi Aynuru 9-cu sinifdə oxuyarkən məktəbdən çıxarıb və təhsildən yayındırıb. Bu yaxınlarda isə ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toyun vaxtı dəyişdirilib. İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib. 

Hazırda istintaq hərəkətləri davam etdirilir. 

Xatırladaq ki, yeniyetmə oktyabrın 14-ü saat 23 radələrində özünü yaşadıqları mənzilin eyvanından atıb. Xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO