Gənclər və idman naziri Fərid Qayıbov cənub bölgəsinə səfər edib.
Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, F.Qayıbov səfər çərçivəsində Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya komplekslərində olub.
MÖVZU İLƏ BAĞLI:
Nazir dünya çempionatında uğurlu çıxış edən güləşçiləri qarşıladı - FOTO
O, idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.
Nazir həmçinin, Masallı şəhərində yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvar şəhərlərində fəaliyyət göstərən Gənclər Evlərində olub, bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.
Bizim.Media