Nazir dünya çempionatında uğurlu çıxış edən güləşçiləri qarşıladı - FOTO 

Hazırda oxunan: Nazir dünya çempionatında uğurlu çıxış edən güləşçiləri qarşıladı - FOTO 

41275

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 12-də Vətənə qayıdıblar. 

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Güləş Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və güləşçilərin yaxınları iştirak ediblər.

Güləşçilərlə görüşən nazir onları təbrik edib və uğurlar arzulayıb. 

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib.

Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb. 

Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO