Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilib

Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilib

Hazırda oxunan: Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilib

41240
"Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib.
Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub.
M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.
Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

Ərdoğan hökumətinin Türkiyədən deportasiya etdiyi "Todays Zaman" qəzetinin azərbaycanlı jurnalist Mahir Zeynalov baş verənlərə münasibət bildirib. 
Moderator.az  xəbər verir ki, jurnalist fikirlərini tvitter hesabında bölüşüb: “Yüzlərlə milyon başın fəda olduğu müqəddəs bir həqiqətə başımız fəda. Dünyanı başımıza yıxsanız da, bu müqəddəs vəzifədən vaz keçməyəcəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO