Elnur Əşrəfoğlunun son durumu ilə bağlı qardaşından AÇIQLAMA – “Yanına getmişdim, ayıqdır”

Elnur Əşrəfoğlunun son durumu ilə bağlı qardaşından AÇIQLAMA – “Yanına getmişdim, ayıqdır”

Hazırda oxunan: Elnur Əşrəfoğlunun son durumu ilə bağlı qardaşından AÇIQLAMA – “Yanına getmişdim, ayıqdır”

41218

Bir aydan çoxdur koronavirusa görə müalicə alan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb. "Yeni Klinika"nın son açıqlamasına görə, jurnalistin vəziyyəti kritik olaraq qalır. 

Qardaşı Rəşad Şükürovun Bizim.Media-ya verdiyi məlumata görə ECMO cihazından ayrılan jurnalistin qanaxması dayanıb:

“Aparatda olarkən qanaxma olurdu. Hazırki durumuna yaxşı demək olmaz. Həkimlər gözləməlidir ki, orqanizm hansı reaksiyasını verəcək. Özü ayıqdır. Yanına getmişdim və gördüm. Çox güman ki, bir qədər sonra həkimlər son durumunu dəyərləndirəcəklər”, deyə jurnalistin qardaşı əlavə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Elnur Əşrəfoğlunun anasından Mehriban Əliyevaya MÜRACİƏT – “Ümidimiz sizədir” 


Xatırladaq ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub.

Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. E. Əşrəfoğlu oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO