Lerik-Kəlvəz yolunda qaya uçdu, hərəkət məhdudlaşdırıldı

Lerik-Kəlvəz yolunda qaya uçdu, hərəkət məhdudlaşdırıldı

Hazırda oxunan: Lerik-Kəlvəz yolunda qaya uçdu, hərəkət məhdudlaşdırıldı

41197

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. 

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO