Sabiq nazir müavininin cəzası xeyli AZALDILDI – QƏRAR 

Sabiq nazir müavininin cəzası xeyli AZALDILDI – QƏRAR 

Hazırda oxunan: Sabiq nazir müavininin cəzası xeyli AZALDILDI – QƏRAR 

41074

Bakı Apellyasiya Məhkəməsində Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramovun həbs müddəti 8 ildən 4 il 6 aya endirilib. 

Xatırladaq ki, ittihama görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib. 

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

R.Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO