4 gündür Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilən tanınmış yazar Kəramət Böyükçölün müalicəsi davam etdirilir.
Oğlunun vəziyyəti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə Kəramət Böyükçöllə görüşə imkan verilmədiyindən gileylənib:
MÖVZU İLƏ BAĞLI:
Kəramət Böyükçöl Narkoloji Dispanserə YERLƏŞDİRİLDİ - FOTO
“Telefonunu özünə vermirlər. Əlaqə saxlaya bilmirik, danışdırmırlar, səsini eşitmirik və üzünü görmürük. Görüşə də icazə verilmir. Deyirlər bura ciddi rejimdir, görüşmək olmaz. Elə sadəcə qapıdan geyim, yemək və digər lazım olan əşyaları veririk. Əlavə heç bir məlumatımız yoxdur”.
Şair qeyd edib ki, həkimlər oğlunun yaxşı olduğunu və müalicələrinin davam etdirildiyini bildirirlər.
Xatırladaq ki, Kəramət Böyükçöl oktyabrın 7-də Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. O, dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə alıb. Qəşəm Nəcəfzadə oğlunun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.
Alçina Amilqızı, Bizim.Media