Azərbaycan Prezidenti bu gün Serbiyaya gedir

Azərbaycan Prezidenti bu gün Serbiyaya gedir

Hazırda oxunan: Azərbaycan Prezidenti bu gün Serbiyaya gedir

0:00
0:00
40958

İlham Əliyev son 10 ildə ilk dəfə olaraq Serbiyaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Azərbaycan” nəşri yayıb.

Mənbə yazır ki, bu məsələ yayda Azərbaycan lideri ilə Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Nikola Selakoviçin danışıqlarında müzakirə edilib.

İlham Əliyevin Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının açılışından bir gün əvvəl Belqrad şəhərinə gələcəyi gözlənilir.

Məlumdur ki, Azərbaycan Hərəkatın hazırkı sədri kimi Serbiya tərəfinin 11-12 oktyabr tarixlərində Belqradda Qoşulmama Hərəkatının Birinci Konfransının 60 illiyini birgə qeyd etmək təşəbbüsünü dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO