Səbail rayonu elektronlaşdı

Səbail rayonu elektronlaşdı

Hazırda oxunan: Səbail rayonu elektronlaşdı

4092

Səbail Rayon İcra Hakimiyyəti  tamamilə yeni veb, desktop, mobil interfeysə malik elektron "E Sabail" platforması hazırlayıb.

Səbail RİH-dən Bizim.Media-ya verilən məlumata görə, "E-Sabail" platforması, yerli şirkət olan Global Technology Services tərəfindən ərsəyə gəlib.

Sakinlər bu sistem vasitəsi ilə mövcud problemlərin həlli üçün RİH rəhbərliyi ilə onlayn qaydada fikir mübadiləsi apara, dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış ola biləcəklər.

Həmçinin vətəndaşlar xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə bilərlər.

"E-Sabail" proqram təminatının ən böyük üstünlüyü həm rayon sakinləri, həm də RİH əməkdaşlarının istifadə etməsi olacaq.

Daimi mobil qurğular, smartfon və planşet istifadəçilərinin də bu platformadan istifadəsi nəzərə alınıb. Belə ki, portalın mobil əlavəsi hazırlanaraq həm android həm də İOS əməliyyat sistemləri istifadəçiləri üçün ödənişsiz yükləmə imkanı yaradılmışdır.

Qeyd edək ki, vətəndaşlar portala daxil olaraq  bir çox sahələr barəsində elektron məlumat ala biləcək. Bura turizm, işə qəbul,  maddi-mədəni irisimiz, sosial həyatda zəruri olan digər  sahələr daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO