Qarabağa sərnişindaşıma marşrutu təşkil ediləcək

Qarabağa sərnişindaşıma marşrutu təşkil ediləcək

Hazırda oxunan: Qarabağa sərnişindaşıma marşrutu təşkil ediləcək

4060

İşğaldan azad edilən ərazilədə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə ermənilərin nəqliyyat infrastrukturu və maddi-texniki bazaya vurduğu ziyanın dəyəri  milyonlarla manat həcmində ölçülür.

Bildirlib ki, bu yerlərdə  yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

Məlumatda bildirilib ki, bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır.

Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO