Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK təyinatı niyə verilmir? – Nazirlik AYDINLIQ GƏTİRDİ - VİDEO

Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK təyinatı niyə verilmir? – Nazirlik AYDINLIQ GƏTİRDİ - VİDEO

Hazırda oxunan: Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK təyinatı niyə verilmir? – Nazirlik AYDINLIQ GƏTİRDİ - VİDEO

40425

Daha bir çarəsiz durumda olan qazimiz hökumətə səslənib. 

Bizim.Media vasitəsilə məsələsinin ictimailəşməsini istəyən, müddətdən artıq hərbi qulluqçu, 44 günlük Vətən müharibəsinin qazisi, tankçı Məhərrəm Əfzəl oğlu Məhərrəmov əlillik təyinatı almadığından gileylənir. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO


Füzuli rayonunun Əhmədulla kənd sakini Məhərrəm Məhərrəmov II Qarabağ savaşında Seyidəhmədli istiqamətində gedən ağır döyüşlərdə yaralanıb. Özünün olduğu tank vurulub və içində yanıb. Yanan tankın içindən zorla çıxan qazi aldığı xəsarətlərə görə 3 ay Mərkəzi Klinikada, 5 nömrəli Şəhər Klinik Xəstəxanasında, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında və Füzuli Diaqnostika Mərkəzində davamlı müalicələr alıb. Dediyinə görə bədəninin 20 faizi yanıb və III dərəcəli yanıq xəsarətləri alıb. Gözündə, sinə nahiyyəsində isə qəlpələr aşkar olunub. 

Qazinin sözlərinə görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, ərizələrindən imtina edilir:

“Xəstəxanalardan çıxandan sonra Müdafiə Nazirliyi mənə şəhadətnamə verib. Həmin şəhadətnamədə göstərilir ki, mən dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızam.


Bu sənədlə Füzuli Diaqnostika Mərkəzinə və Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etmişəm. Üçüncü dəfədir ki, müraciətimə imtina gəlir. İmtina ərizəsində isə mənə əlillik düşmədiyi qeyd olunur. Hər iki əlimin işləmə qabiliyyəti yoxdur. Barmaqlarım, biləyim və qolum yanıb. Elə bir həddə çatmışam ki, özümü asıb intihar etmək istəyirəm. Şəraitim, evim də göz qabağındadır. Bu yaxınlarda övladım dünyaya gələcək. Amma 1 ildir, nə əllilik statusu ala bilirəm, nə də işlə təmin olunuram. Pensiya düzəlməsə belə əllərimin iş qabiliyyəti bərpa olunsun, çalışım. Mənim istəyim budur”, - deyə qazi aidiyyəti qurumlara səslənib. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-ya açıqlamasında qazinin tibbi ekspertizadan keçməsi üçün TƏBİB-ə, yaxud İcbari Tibbi Sığorta Agentliyinə müraciət etməli olduğunu bildirib:
 

“Biz qiymətləndirməni Müdafiə Nazirliyinin qaziyə təqdim etdiyi şəhadətnamə əsasında həyata keçiririk.


Qazi həmin şəhadətnaməni poliklinikaya təqdim etməlidir. Onun əsasında göndəriş bizim nazirliyin əlillik alt sisteminə vurulmalıdır. Bundan sonra biz elektron qaydada qiymətləndirmə aparmalıyıq. Amma qazilərin məsələsi uzanmasın deyə birbaşa şəhadətlənmiş qaziləri əyani müayinəyə dəvət edirik və onları qiymətləndirmədən keçiririk”. 

Qurum rəsmisi Füzuli Diaqnostika Mərkəzinin onların tabeliyində olmadığını əsas gətirərək qazinin TƏBİB-ə və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etməli olduğunu xatırladıb:

“Qazi bizim Agentliyə müraciət etsə də, aidiyyəti tibbi müəssisələrin göndərdiyi şəhadətnamə əsasında qiymətləndirmə aparırıq. Onların verdiyi şəhadətnamələrdə qazinin hazırki vəziyyəti əlilliyə əsas vermir. Ona görə də qazi yenidən Füzuli Diaqnostika Mərkəzinə müraciət etməlidir”, - deyə Tural Qurbanov əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO