Bizim.Media-nın qaldırdığı Tərtərçay problemi HƏLLİNİ TAPDI – “Məhkəmənin qərarı gözlənilir”

Bizim.Media-nın qaldırdığı Tərtərçay problemi HƏLLİNİ TAPDI – “Məhkəmənin qərarı gözlənilir”

Hazırda oxunan: Bizim.Media-nın qaldırdığı Tərtərçay problemi HƏLLİNİ TAPDI – “Məhkəmənin qərarı gözlənilir”

40341

Bizim.Media-nın 5 aydan çoxdur ictimailəşdirdiyi problem nəhayət ki, həllini tapıb.

Söhbət Tərtərçay hövzəsində qeyri-qanuni qum-çınqıl çıxarılması, milyonlarla manat sərvət əldə edilməsi və ekoloji terrordan gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bərdə və Tərtər icra hakimiyyətlərinin sümürdüyü milyonlar – QUM BİZNESİ  


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçay hövzəsindəki karxanaların bağlandığını açıqlayıb. Samir Qurbanovun sözlərinə görə Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında keçirilən nəzarət tədbirləri zamanı 12 qum-çınqıl karxanasının istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işlərinin aparıldığı faktları aşkar edilib.

Agentlik rəsmizi sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulduğunu qeyd edib:

“Yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət, eləcə də keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb. Qeyd edilən pozuntularla bağlı “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunların müvafiq maddələrinə əsasən sözügedən karxanaların yerin təkindən istifadə hüququna Agentliyin İdarə Heyətinin qərarı ilə xitam verilib. Agentliyin qəbul etdiyi qərarların məqsədi çay hövzəsində bərpası mümkün olmayan mineral resursların səmərəli istifadəsinin təmin edilməsi, onların tükənməsinin qarşısının alınması, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasıdır”, - deyə Samir Qurbanov əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Agentliyi Tərtər və Bərdə icra hakimiyyətləri ilə BACARMIR – ŞOK GÖRÜNTÜLƏR


Xatırladaq ki, özəl mənbəmizin bildirdiyinə görə ümumilikdə bu işə 9-u Tərtərdə, 4-ü Bərdədə olmaqla 13 “drabilka” cəlb olunub.

Hər qum üyüdən qurğu gündəlik minimum 400 kub qum və çınqıl çıxarıb. Hər kubunu 7 manatdan hesablasaq, yerin təkindən ayda 1 milyondan çox qeyri qanuni gəlir əldə edilib. Bundan əlavə dərinliklə bağlı normativlər pozulub.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini İsrail Əfəndiyev iyun ayında saytımıza açıqlamasında təmsil etdikləri qurumun sözügedən məsələ ilə bağlı məhkəmədə iddia qaldırdıqlarını söyləmişdi.


Onun sözlərinə görə İdarə heyətinin müvafiq qərarları ilə Tərtərçay qum-çınqıl yatağında keçirilmiş monitorinqlərin nəticələrinə əsasən “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən sahibkarların yerin təkindən istifadə hüququ dayandırılıb və tədbir görülməsi üçün məhkəmənin qərar verməsini gözləyirlər. Agentlik rəsmisi həmçinin bununla bağlı müvafiq rayon İcra Hakimiyyəti orqanlarına və sahibkarlara da müraciətlər göndərildiyini qeyd etmişdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO