Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulub - Aeroportdan geri qaytarıldı 

Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulub - Aeroportdan geri qaytarıldı 

Hazırda oxunan: Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulub - Aeroportdan geri qaytarıldı 

0:00
0:00
39834

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş. 

Bizim.Media xəbər verir ki, buna səbəb Fatma Abdullazadənin rəhbərlik etdiyi sahə üzrə fəaliyyətinin istintaqda araşdırılması olub. 

Bu barədə “Qaynarinfo” məlumat yayıb. Bir müddət əvvəl Fatma Abdullazadə Azərbaycandan müalicə adı ilə xaricdə yaşamağa getmək istəyərkən hava limanından geri qaytarılıb və ölkədən çıxışına "stop” qoyulduğu deyilib. 

Hazırda sabiq şöbə müdirinin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılıb-qaldırılmaması barədə məlumat yoxdur.  

Qeyd edək ki, Fatma Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO