Bakıda daha bir qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Söhbət 9 aylıq körpəsini qoruduğu üçün həyat yoldaşı tərəfindən işgəncə görən Abşeron rayon sakinindən gedir.
Bizim.Media xəbər verir ki, bu barədə “Facebook” hesabında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə qadının əri narkotik istifadəçisidir və uşağı öldürməyə təşəbbüs göstərib. Uşağını itirmək qorxusu ilə yaşayan qadın Kəmalə Ağazadəyə müraciət edib. Hüquq müdafiəçisi isə zorakılığa məruz qalmış qadını dərhal hadisə baş verən ərazi üzrə, yəni Binəqədi Rayon Polis Şöbəsinin 6-cı bölməsinə yönləndirib. Təhqiqat başlanıb.
Kmalə Ağazadənin sözlərinə görə narkoman kişinin həyat yoldaşını evə dönəndən sonra öldürməyəcəyinə heç kim zəmanət verə bilməz:
“Sübuta yetirməyə zaman lazımdır. Zaman isə nə qadının,nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib. Zorakılıq qurbanlarının mühafizə orderinə deyil, mühafizə sisteminə gərək var”, deyə QHT sədri vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 02.10.2021
9 aylıq körpəsini qoruduğu üçün əri tərəfindən döyüldü - FOTO
Hazırda oxunan: 9 aylıq körpəsini qoruduğu üçün əri tərəfindən döyüldü - FOTO
Hazırda oxunan: 9 aylıq körpəsini qoruduğu üçün əri tərəfindən döyüldü - FOTO
39817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.