ŞAD XƏBƏR - Marşrut avtobusları şənbə-bazar adi rejimdə fəaliyyət göstərəcək -AÇIQLAMA

ŞAD XƏBƏR - Marşrut avtobusları şənbə-bazar adi rejimdə fəaliyyət göstərəcək -AÇIQLAMA

Hazırda oxunan: ŞAD XƏBƏR - Marşrut avtobusları şənbə-bazar adi rejimdə fəaliyyət göstərəcək -AÇIQLAMA

39719

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərnişindaşımada COVID pasportlarının olmasına necə nəzarət olunacaq? – RƏSMİ CAVAB 


Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib.

Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər. Sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO