Axundu intim görüntüləri ilə şantaj edən qadına HÖKM OXUNDU 

Axundu intim görüntüləri ilə şantaj edən qadına HÖKM OXUNDU 

Hazırda oxunan: Axundu intim görüntüləri ilə şantaj edən qadına HÖKM OXUNDU 

39656

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nübar İsazadə və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə N.İsazadə 10 il və İ.Ağayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama əsasən, N.İsazadə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlığı baş verib.

N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə E.Əfəndiyevi hədələyib, ondan 75 min manat pul tələb ediblər. 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO