Rayona gedənlərin NƏZƏRİNƏ – Qərar bu gündən qüvvəyə minir

Rayona gedənlərin NƏZƏRİNƏ – Qərar bu gündən qüvvəyə minir

Hazırda oxunan: Rayona gedənlərin NƏZƏRİNƏ – Qərar bu gündən qüvvəyə minir

39606

Bu gündən rayonlara gedən sərnişinlərdən COVID-19 əleyhinə vaksinin birinci dozasının vurulması tələbi qüvvəyə minir. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. 

Qeyd edək ki, qərar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) şamil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO