Koronavirus sizi rahat buraxmırsa... - Düzgün nəfəs alın, sağlam qalın!

Koronavirus sizi rahat buraxmırsa... - Düzgün nəfəs alın, sağlam qalın!

Hazırda oxunan: Koronavirus sizi rahat buraxmırsa... - Düzgün nəfəs alın, sağlam qalın!

39547

Mütəxəssislərin fikrincə, nəfəs təlimləri pandemiya dönəmində insanların həyatını xilas edə bilər. Hətta COVİD-19-a yoluxan insanlarda uzun müddət halsızlıq, zəiflik, öskürək və təngənəfəslik müşahidə olunur. Həkimlərin fikrincə isə burada nəfəs gimnastikasız keçinmək olmaz. 

“Məşqlərə həftədə 3-4 dəfə olmaqla davam etmək lazımdır. Ancaq hər gün bunu etmək daha yaxşı effekt verər. Məşqi 10-15 dəqiqədən başlayıb, getdikcə müddətini artırmaq lazımdır. Əgər siz halsızsınızsa nəfəs qimnastikasını yataqda da edə bilərsiniz. Xarici praktikaya nəzər saldıqda hətta orada həkimlər koronavirus xəstləri üçün xüsusi olaraq nəfəs təlimləri ilə bağlı onlayn kurslar da keçirirdilər”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim pulmoloq İlqar Caniyev deyib.  

Həkim bildirib ki, bu cür məşqləri yaxşı olardı ki, təmiz havada, təbiət qoynunda və dəniz qırağında keçirilsin. Lakin buna imkan olmayanda bunları rahatlıqla evdə də etmək olar.

Evdə necə məşq etmək lazımdır?

Həkim deyir:

“Artıq aydındır ki, COVİD-19  xəstəliyini yüngül keçirdən belə  onun izlərindən zamanla qurtula bilmir. Bəzilərində fibroz yaranır - bu ciyər zədələnməsidir ki, orqanda ləkələr əmələ gətirir. Nəticədə ağciyərlərdə oksigen azalır  və  nəfəs darlığı meydana gəlir. Bu zaman fiziki bərpa vacibdir. Belə vəziyyətdə nəfəs məşqləri  - tənəffüs əzələlərini bərpa edir və  ciyər əzələlərini gücləndirir. Gündəlik həyatda nəfəs almaq üçün demək olar ki, istifadə edilməyən ağciyərlərin aşağı hissələrini işlətmək vacibdir. Məsələn, yoga ilə məşğul olmaq olar.
 

Ya da ən sadə üsul kimi şar füləməklə nəfəs məşqlərini yerinə yetirə bilərsiniz. Zəiflik bitdikdən sora isə nəfəs qimnastikası ilə bərabər, fiziki məşqlərə də davam etmək lazımdır”.


Sonda həkim bildirib ki, sağlam, normal insan 1 dəqiqədə 16 ilə 20, yeni doğulmuş körpə isə - yaşı ilə tədricən azalan 40-45 dəfə tənəffüs edir. Yuxuda nəfəs alma dəqiqədə 12-14-ə enir. Fiziki məşq, emosional həyəcan və ya həddən artıq çox qida qəbulundan sonra isə təbii olaraq bu artır.
 

“Bu səbəbdən gündəlik edilən nəfəs gimnastikası ağ ciyərləri açır, əzlələri genişləndirir və təngənəfəsliyi aradan qaldırır”.


Nəfəs məşqləri isə təxminən belə olmalıdır:

4 saniyə nəfəsi burnunuz vasitəsi ilə ciyərlərə çəkirsiniz, 4 saniyə tutursunuz, sonra 4 saniyə ərzində ağzınızla çölə buraxırsınız, ciyərləri tam boşaldırsınız, 4 saniyə gözləyib həmin intervalla yenidən nəfəs alırsınız. 16 saniyədə bir nəfəs, bir dəqiqədə təxminən 4 dəfə. Beləcə bunu hər gün iki dəfə təkrarlayırsınız. İlk seansı 10 dəfədən başlayırsını, sonra getdikcə bacardığınız qədər artırırsınız. Sonrakı günlərdə hər məşq 10 dəqiqədən artıq olmayaraq icra olunmalıdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO