İrandan Azərbaycana keçmək istəyən narkotacir SAXLANILDI 

İrandan Azərbaycana keçmək istəyən narkotacir SAXLANILDI 

Hazırda oxunan: İrandan Azərbaycana keçmək istəyən narkotacir SAXLANILDI 

0:00
0:00
39537

Bu gün saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib. 

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərəkət edən bir nəfər şübhəli şəxs saxlanılıb. 

Araşdırma zamanı qeyd olunan şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyənləşdirilib, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram heroin, 300 qram metamfetamin, 700 qram marixuana və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülüb. 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO