Baş Prokurorluq arvadını güllələyən polislə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq arvadını güllələyən polislə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: Baş Prokurorluq arvadını güllələyən polislə bağlı MƏLUMAT YAYDI

39456

Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb. 

Qurumun mətbuat xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir: 

"Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilmişdir. 

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO