Azərbaycan təhsilində rekord - Bakı Ali Neft Məktəbindən UNİKAL GÖSTƏRİCİ - FOTO 

Azərbaycan təhsilində rekord - Bakı Ali Neft Məktəbindən UNİKAL GÖSTƏRİCİ - FOTO 

Hazırda oxunan: Azərbaycan təhsilində rekord - Bakı Ali Neft Məktəbindən UNİKAL GÖSTƏRİCİ - FOTO 

39428

Prezident İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamı qəbul imtahanları zamanı ən yüksək bal toplamış 102 tələbəni əhatə edib. 

Bizim.Media xəbər verir ki, bu tələbələrdən 33-ü Bakı Ali Neft Məktəbinin tələbəsidir. 

Bu barədə universitetin rektoru Elmar Qasımov “Facebook” hesabında paylaşım edib. 

Rektor indiyədək heç bir ali məktəbdə bu sayda tələbənin Prezident təqaüdü almadığını diqqətə çatdırıb: 

“Azərbaycanın təhsil tarixində rekord nəticə baş verdi.  Bu gün Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ali məktəblərə ən yüksək nəticə ilə qəbul olmuş 102  tələbəyə Prezident təqaüdü verildi. Onlardan 33 nəfəri Bakı Ali Neft Məktəbinin tələbəsi oldu.  Heç zaman bu sayda Prezident təqaüdçüsü bir ali məktəbdə olmamışdır”. 

Elmar Qasımov tələbələrə Bakı Ali Neft Məktəbini seçdikləri üçün təşəkkür edib: 

“Mən qürur duyuram. 10 illik fəaliyyətimizdə Azərbaycanın ən istedadlı gəncləri bizi seçməkdə davam edir. MƏHZ BİZİ SEÇİRLƏR. Bizə inanırlar. Bizim ən böyük piarımızı məzunlarımız, tələbələrimiz edir. Buna görə çox xoşbəxtik. Siz, Millətimizin intellektual əsgərlərisiniz. Əziz  tələbələrimiz, etimad və etibarınıza görə sizə minnətdaram. Bir rektor olaraq  söz verirəm ki, seçiminizdə yanılmayacaqsınız. Ən başlıcası, biz sizə öyrənməyi öyrədəcəyik”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO