Bakı-Sumqayıt yolunda hərəkət niyə məhdudlaşdırılıb? – SƏBƏB 

Bakı-Sumqayıt yolunda hərəkət niyə məhdudlaşdırılıb? – SƏBƏB 

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda hərəkət niyə məhdudlaşdırılıb? – SƏBƏB 

39280

Baş Dövlət Yol Polisi İdarəsi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, səhər saatlarında yolda nəqliyyat vasitələrinin sayı çox olub: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt yolunda uzun tıxac, hərəkət MƏHDUDLAŞDIRILDI - FOTO


"Polis əməkdaşları nəqliyyat vasitələrinin çox olması səbəbilə Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb.

Məlum olduğu kimi, bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, həmçinin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub.

Buna görə də nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Nəticədə polis əməkdaşları Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb. Hazırda bütün yollarda hərəkət bərpa edilib”. 

Qeyd edək ki, bu gün səhər saat 07:00 radələrindən 08:30 radələrinə qədər Sumqayıtdan Bakı istiqamətində hərəkət Saray postundan, eyni zamanda Xırdalandan magistrala çıxış məhdudlaşdırılıb. Yolda uzun tıxaclar yaranıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO