Bakıda DSX-nin Xüsusi Məktəbinin yeni binası istifadəyə verildi - FOTO

Bakıda DSX-nin Xüsusi Məktəbinin yeni binası istifadəyə verildi - FOTO

Hazırda oxunan: Bakıda DSX-nin Xüsusi Məktəbinin yeni binası istifadəyə verildi - FOTO

39257

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb, hazırkı mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Quliyev Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verdi


Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olublar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur.

Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilmiş, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıq salınıb, ağaclar əkilmiş, sıra meydanı yaradılıb.

Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO