Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanadan koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.
Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə geri qayıdıblar.
Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib. (medicina)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:47 / 28.09.2021
Paytaxtda bu modul xəstəxana bağlandı
Hazırda oxunan: Paytaxtda bu modul xəstəxana bağlandı
Hazırda oxunan: Paytaxtda bu modul xəstəxana bağlandı
39192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.