Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 

Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 

Hazırda oxunan: Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 

3914

Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksinin ərazisində  erməni terroruna qarşı aksiya təşkil edilib.

Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Gənclər Evinin təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Ermənistanın işğaldan azad edilmiş torpaqlarımızda törətdiyi ekoloji terror aktı, o cümlədən meşələri məqsədli şəkildə yandırması və ağacları kütləvi sürətdə kəsib oduncaq etməsi düşmən ölkənin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin davamıdır.

Dünya ictimaiyyətini erməni vandallığına qarşı biganə qalmamağa səsləyən gənclər “Erməni terrorçuluğuna son!”, “Ermənilərin ekoloji terroruna son” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdiriblər.

Ağanisə Sultan, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO