Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, BDYPİ-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 oktyabr tarixindən etibarən ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edildiyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən sürücülərə MÜRACİƏT
“Apardığımız müşahidələr nəticəsində məlum olub ki, bəzi sürücülər müəyyən edilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq və bu tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəklər", - DYP-nin məlumatında qeyd edilib.
Bizim.Media