Müstəqilliyimiz uğrunda 33 ildə nə qədər azərbaycanlı şəhid olub? - ARAŞDIRMA

Müstəqilliyimiz uğrunda 33 ildə nə qədər azərbaycanlı şəhid olub? - ARAŞDIRMA

Hazırda oxunan: Müstəqilliyimiz uğrunda 33 ildə nə qədər azərbaycanlı şəhid olub? - ARAŞDIRMA

0:00
0:00
38939

1988-ci ildə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin azərbaycanlılara hücum etməsi ilə başlayan münaqişə, 2020-ci ilin 10 noyabrına kimi olan dövrdə minlərlə soydaşımızın şəhid olmasına səbəb olub.

Ümumilikdə, 33 ilə yaxın davam edən müddət ərzində Birinci Qarabağ Müharibəsində, 1990-ci ilin yanvar hadisələrində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, bundan əlavə isə, 1994-2020-ci illəri əhatə edən atəşkəs dönəmində çoxsaylı soydaşımız şəhid olub. 

Bəzi hallarda onların tam sayı məlum olmasa da, bir sıra rəsmi açıqlamalara, eyni zamanda müstəqil araşdırmalara nəzər salmaqla 30 ildən çox davam edən müddətdə şəhid olan azərbaycanlılar haqqında müəyyən hesablamalar aparmaq mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


1. Birinci Qarabağ Savaşı. Ümumilikdə, Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni 1991-ci ilin oktyabrından – Atəşkəs razılaşması qüvvəyə minənədək, yəni 1994-cü ilin mayına kimi ümumilikdə 11557 Azərbaycan hərbçisi şəhid olub. Lakin erməni qruplaşmalarının dinc sakinlərə qarşı törətdikləri qətliamları da unutmaq olmaz. Belə ki, dəqiq say bəlli olmasa da, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dərc olunan məqaləyə görə, Birinci Qarabağ Müharibəsi dönəmində 20 mindən artıq azərbaycanlı şəhid olub.

2. 20 Yanvar. 1990-ci ilin yanvarında Qızıl Ordunun Bakı və digər rayonlarda dinc sakinlərə atəş açması nəticəsində ümumilikdə 150 nəfər şəhid olub (131 Bakıda olmaqla). 

3. Aprel Döyüşləri. 2016-cı il aprelin 1-də erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar aprelin 5-ə kimi davam edib. Nəticədə, 94 hərbçimiz, eyni zamanda 2-i uşaq olmaqla 6 dinc sakin şəhid olub. 

4. Tovuz Döyüşləri. 2020-ci il iyulun 12-16-sı tarixlərini əhatə edən toqquşmalarda Azərbaycanın 12 hərbi qulluqçusu və 1 dinc sakin şəhid olub.

5. Atəşkəs dövrü. Ümumilikdə, 2020-ci ilin 26-fevralında, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən açıqlanan rəqəmlərə görə, 1994-cü ilin 12 mayından sözügedən tarixə qədər 856 hərbçimiz düşmən təxribatı nəticəsində şəhid olub. 130-dan çox hərbçinin isə minaya düşərək, şəhid olduğu bildirilir. Bu dövrdə mina partlayışı nəticəsində şəhid olan dinc sakinlərin sayının isə 30-dan çox olduğu qeyd olunur.

6. Vətən Müharibəsi. 44 gün davam edən Vətən Savaşında şəhid olan hərbçi və dinc sakinlərin ümumi sayı 2907 nəfərdir.

7. Post-müharibə dönəmi. Azərbaycan Republikası Prezidenti İlham Əliyevin sentyabrın 24-də BMT-nin Baş Assambleyasında çıxışı zamanı verdiyi məlumata görə, 2020-ci il noyabrın 10-dan bu günə kimi, 2-si jurnalist olmaqla 30 azərbaycanlı şəhid olub.

Ümumilikdə isə, 1988-ci ildən bu günə kimi 25 minə yaxın azərbaycanlı şəhid olub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO