Dekabrın 24-də prezident İlham Əliyevin doğum günü münasibəti ilə Sumqayıtda təqdim olunacaq tort hələ hazır deyil. İcra hakimiyyətindən musavat.com-a verilən məlumata görə, tort tam olaraq dekabrın 29- da hazır olacaq.
Aldığımız məlumatda isə deiöirdi ki, icra başçısı tortu bişirən aşpazlar işdən çıxarıb. Sumqayıtın icra başçısı Eldar Əzizov tortu vaxtında təhvil verə bilməyən aşpazların işdən çıxarılması və maaşlarının kəsilməsi ilə bağlı göstəriş verib.
Eldar Əzizov tortun 29-a kimi hazır olması barədə göstəriş verib. Eyni zamanda tapşırıb ki, prezidentin ad günü ilə bağlı konsert proqramı təşkil olunsun. Mügənnilərin çoxunun həmin günlə bağlı planları olduğundan konsert proqramı ilə bağlı böyük əngəllər yaranıb. Lakin E.Əzizov müğənnilərə konsertə oxumaqları qarşılığında alacaqları pulun iki qatını təklif edərək onları razı salıb.




























































































