Bakıda balkon qalmaqalı - Bina sakinləri və şirkət bir-birini ittiham edir - VİDEO

Bakıda balkon qalmaqalı - Bina sakinləri və şirkət bir-birini ittiham edir - VİDEO

Hazırda oxunan: Bakıda balkon qalmaqalı - Bina sakinləri və şirkət bir-birini ittiham edir - VİDEO

38735

Bakıda köhnə tikilinin balkonunu ağuşuna alan yeni tikili haqqında bir müddət öncə məlumat vermişdik. Həmin süjetdə məsələyə münasibət bildirməyən "Axundov" MTK bu dəfə mövqeyini açıqlamaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, şirkətin inşaat işləri üzrə direktoru Raqif Həbibov bildirib ki, şirkət 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və onlara 45 sot torpaq sahəsi ayrılıb.

Eyni ildə layihələndirmə və tikintiyə sərəncam verilib. Sərəncama əsasən, sakinlər müvafiq razılaşmaya əsasən köçürülüb. Bununla da 2005-ci ildə iki blokun tikintisinə başlanıb və işlər 2009-cu ildə başa çatıb. 

Müzakirələrə səbəb olan binanın tikintisinə isə 2014-cü ildə başlanıb. Raqif Həbibov iddia edir ki, həmin balkon da 2009-2014-cü illərdə tikilib.  

İllərdir ki, davam edən balkon qalmaqalında isə tərəflərin öz arqumentləri var. 

Görüntülər və faktlar ortadadır. Hər halda paytaxtda tikintiyə nəzarət edən dövlət qurumları balkonun tikintiyə, yoxsa tikintinin balkona mane olduğunu aydınlaşdırmalıdırlar.            

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO