Bayraqla zarafat etdiyinə görə Bakı Dövlət Universitetindən (BDU) xaric olunan Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.
Bizim.Media xəbər verir ki, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.
Qeyd edək ki, P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi.
Universitet rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi qınanılmışdı.
P.Məhəmmədov da videomüraciət yayaraq, etdiyi hərəkətdən peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:10 / 30.11.2020
Bayraqla zarafat edən tələbə universitetə bərpa olundu
Hazırda oxunan: Bayraqla zarafat edən tələbə universitetə bərpa olundu
Hazırda oxunan: Bayraqla zarafat edən tələbə universitetə bərpa olundu
3869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.