İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 5 üzvdən ibarət nümayəndə heyətinin Ağdama səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Ağdam şəhərindəki vəziyyətlə tanış olacaq.
Daha sonra İƏT rəsmiləri Tərtərə və Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərinə baş çəkəcəklər.
Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:55 / 24.09.2021
Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda - FOTO
Hazırda oxunan: Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda - FOTO
Hazırda oxunan: Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda - FOTO
38494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.