Keçmiş partiya sədrinə YAP-ın üzvlük vəsiqəsi verildi - FOTO

Keçmiş partiya sədrinə YAP-ın üzvlük vəsiqəsi verildi - FOTO

Hazırda oxunan: Keçmiş partiya sədrinə YAP-ın üzvlük vəsiqəsi verildi - FOTO

38428

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruca üzvlük vəsiqəsi təqdim olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə partiyadan məlumat verilib. 

YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub.

Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da böyük əhəmiyyət daşıyır. 

Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruca göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verib. 

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın üzvlük vəsiqəsini Vüqar Oruca təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO