Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib. Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Adaptasiya proqramı çərçivəsində "Məktəb idarəçiliyinin ümumi əsasları", "Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu", "Strateji və operativ planlaşdırma", "Məktəbdə öyrədici mühitin yaradılması", "Məktəbdaxili monitorinq sistemi", "Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması" və s. mövzularda təlimlər keçirilib.
Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.
Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 30 baldan daha çox olan namizədlər dəvət olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 23.09.2021
Bu məktəblərə yeni direktor təyin edildi - SİYAHI
Hazırda oxunan: Bu məktəblərə yeni direktor təyin edildi - SİYAHI
Hazırda oxunan: Bu məktəblərə yeni direktor təyin edildi - SİYAHI
38393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.