Ali məktəblərə qəbul olunanların qeydiyyatı başa çatdı - YENİLƏNİB

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başa çatdı - YENİLƏNİB

Hazırda oxunan: Ali məktəblərə qəbul olunanların qeydiyyatı başa çatdı - YENİLƏNİB

38286

Abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, qeydiyyat portal.edu.az platforması üzərindən aparılıb. 

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

Bu gün həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti də başa çatır. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

***

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, proses bu gün saat 12:00-dək davam edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Qeydiyyat müddəti uzadıldı - Magistraturaya qəbul olanların NƏZƏRİNƏ


Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO