Goranboy rayon prokurorluğu şəhid atasının törətdiyi qəza haqda rəsmi məlumat yayıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 22-si saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Gəlinini güllələyən qayınata evi belə TƏRK ETDİ - VİDEO
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, Əmraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır.
Bizim.Media