Sahil Babayev:

Sahil Babayev: "Əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib"

Hazırda oxunan: Sahil Babayev: "Əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib"

38235

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə nazir Sahil Babayev bildirib ki, Azərbaycanda köməkçi texnologiyalar (reabilitasiya vasitələri, o cümlədən təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) ilə təminat sistemi ildən-ilə gücləndirilir.

Nazir son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verildiyini, bu il uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin də açılacağını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev: “Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillərlə təmin olunacaq”


S.Babayev cari ilin 8 ayında reabilitasiya müəssisələrində əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərildiyini, 7 min şəxsə 30 min reabilitasiya vasitəsi təqdim edildiyini bildirib.

Ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminata başlandığını, Vətən müharibəsi əlillərindən artıq 142 hərbçinin son nəsil elektron protezlərlə təmin olunduğunu qeyd edib.

Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına ötən il 23 yeni növün də daxil edildiyini bildirən nazir siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının artıq 57-yə çatdığını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO