“OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR? 

“OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR? 

Hazırda oxunan: “OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR? 

38109

“OBA” marketlər şəbəkəsində özbaşınalıq hökm sürdüyü iddia olunur. Belə ki, marketlər şəbəkəsinin “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən filialında bir həftədən çoxdur ki, müştərilərə alış-veriş zamanı qəbz verilmir. Alıcılar qəbzi tələb edəndə isə market işçiləri min cür bəhanələr gətirir. Sözügedən marketdə qəbzin verilməməsi ƏDV-nin mənimsədilməsi kimi dəyərləndirilib. 

Bizim.Media-ya müraciət edən müştərilər belə deyir.
 

MÖVZU İLƏ BAĞLI:

Qida cinayəti - Ərzaq məhsullarının “KARUSEL ƏMƏLİYYATI”


Onların sözlərinə görə bu azmış kimi “OBA” marketlər şəbəkəsinin özünə məxsus paketləri ya "aptek"lərdən, ya da "Al market"dən alınır. 

Məsələ ilə bağlı Bizim.Media-ya "OBA” marketlər şəbəkəsindən problemin artıq həll olunduğu bildirilib:

“Yasamal 20” marketimizdə logistika gecikməsi səbəbi ilə çek problemi yaranıb. Məsələyə müdaxilə edilərək qeydə alınmış problem artıq aradan qaldırılıb”, - deyə market rəsmisi əlavə edib.

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi müştərilərə xidmətdə tənqid edilən ticarət mərkəzlərindəndir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO