Milli Şura dekabrın 15-nə mitinq təyin etdi

Milli Şura dekabrın 15-nə mitinq təyin etdi

Hazırda oxunan: Milli Şura dekabrın 15-nə mitinq təyin etdi

37844
Milli Şura dekabrın 15-də qiymət artımına etiraz olaraq mitinq keçirməyə qərar verib. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib.
 
Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
 AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bu barədə məlumatlı olmadığını söyləyib.
 Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək barədə qərar verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Milli Şuranın son sessiyasında qısa da olsa, müzakirə edilib: “Sessiyada qiymət artımı ilə bağlı mitinqin keçirilməsi ilə bağlı məsələ Milli Şuranın sədri kimi Cəmil Həsənliyə və sədr aparatına həvalə olunub. Cəmil Həsənli də ötən müddət ərzində Milli Şuranın ayrı-ayrı üzvləri, partiyaların liderləri ilə görüşərək məsləhətləşmə aparıb və mitinqlə bağlı qərar verilib”. 
Daha sonra “Yeni Müsavat”a açıqlama verən Milli Şuranın üzvü Tural Abbaslı dekabrın 15-də keçiriləcək mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərildiyini dedi: “Milli Şuranın dekabrın 15-də mitinq keçirilməsi ilə bağlı qərarı var . Bu gün saat 15:00-da  Milli Şuranın Mitinq Komitəsi toplaşıb. Bakı Şəhəri İcra Hakimiyyətinə məktub hazırlandı. Artıq məktub İcra Hakimiyyətinə təqdim olunub.  Dekabrın 15-i saat 16:00-dan 18:00-da qədər aşağıda göstərilən yerlərdə mitinqin keçirilməsi üçün yerlər nəzərdə tutulur:
Yasamal Rayonunda yerləşən “Məhsul” stadionu, Nəsimi Rayonu 1 ”“ci mkr-da Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança, “Ulduz” metro stansiyası qarşısındakı Araz küçəsindəki park,  Binəqədi Rayon Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışında və Nərimanov Rayonunda yerləşən Nərimanov parkında “bahalşmaya son”, “qiymətlər endirilsin”, “dövlət əhaliyə xidmət etmək üçündür”, və s. digər siyasi şüarlarla mitinq keçiriləcək.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO