Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB

Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB

Hazırda oxunan: Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB

37830

Azərbaycanda içməli suyun tariflərinin baha olması ilə bağlı məsələ gündəmə gəlib. Sosial şəbəkələrdəki müzakirələrdə su tariflərinə yenidən baxılması tələb olunub. Şərhlərdə aylıq su sərfiyyatı ilə bağlı toplanan məbləğin ödənilməsinin çətinliyindən söz açılıb. Xüsusilə içməli su və tullantı sularının axıdılmasının birgə sərfiyyatından toplanan məbləğin aylıq göstərici üzrə yüksək olması narahatlıq yaradıb. 

Artıq 9 aydır ki, Azərbaycanda əhali üçün içməli suyun qiyməti ikiqat hesablanır.

Belə ki, Tarif Şurası bu il yanvarın 31-də "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifinin bahalaşması ilə bağlı qərar verdi. ƏDV daxil olmaqla Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bölgələrdə SU QITLIĞI – “Azərsu” ASC: “Biz onlara xidmət etmirik...”


Halbuki əvvəlki tariflərə görə qeyd olunan şəhərlərdə bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub.

Bizim.Media-ya su tariflərinə yenidən baxılması ilə bağlı məsələdən danışan “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı belə bir məsələnin gündəmdə olmadığını deyib:

“Bu məsələ gündəmdə deyil və Tarif Şurasına müraciət olunmayıb”, -deyə qurum rəsmisi net cavab verib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO