Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistin müalicə aldığı "Yeni Klinika"dan məlumat verilib.
“Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb. Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alıb, daha sonra "Yeni Klinika"ya köçürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:05 / 20.09.2021
Elnur Əşrəfoğlunun vəziyyəti PİSLƏŞDİ - Xəstəxanadan açıqlama
Hazırda oxunan: Elnur Əşrəfoğlunun vəziyyəti PİSLƏŞDİ - Xəstəxanadan açıqlama
Hazırda oxunan: Elnur Əşrəfoğlunun vəziyyəti PİSLƏŞDİ - Xəstəxanadan açıqlama
37822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.