2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə ANAMA -dan məlumat verilib.
Məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının cəsədləri ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşdüyü məlum olmuşdur.
Agentlik tərəfindən bir daha bildirilib ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır.
Bizim.Media
![Füzulidə minaya düşərək həlak olanların cəsədləri təhvil verildi - FOTO Füzulidə minaya düşərək həlak olanların cəsədləri təhvil verildi - FOTO](https://bizim.media/file/articles/2020/11/28/1606584588_mina1-1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
21:24 / 28.11.2020
Füzulidə minaya düşərək həlak olanların cəsədləri təhvil verildi - FOTO
Hazırda oxunan: Füzulidə minaya düşərək həlak olanların cəsədləri təhvil verildi - FOTO
Hazırda oxunan: Füzulidə minaya düşərək həlak olanların cəsədləri təhvil verildi - FOTO
3780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.