Boğazı üzülən adam həyata qaytarıldı - PAYTAXTDA UNİKAL ƏMƏLİYYAT - VİDEO

Boğazı üzülən adam həyata qaytarıldı - PAYTAXTDA UNİKAL ƏMƏLİYYAT - VİDEO

Hazırda oxunan: Boğazı üzülən adam həyata qaytarıldı - PAYTAXTDA UNİKAL ƏMƏLİYYAT - VİDEO

37575

Respublika Klinik Xəstəxanasında başı kəsilən şəxsin üzərində unikal əməliyyat həyata keçirilib. Özünü Azər Məmmədov kimi təqdim edən şəxs klinikaya boğazın kəsilməsi yarası ilə daxil olub.

Həkim cərrah Fariz Camalovun rəhbərlik etdiyi əməliyyat qrupu yaralıya ilkin yardım göstərdikdən sonra bir necə saat davam edən ağır əməliyyat icra edib:

“Təftiş zamanı məlum oldu ki, xəstənin udlaq və qıtlağı, tiloid vəzin yuxarı qütbü, sol vena və sinir dəsti kəsilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan qıtlaq kəsilən yerdən xəstə intubasiya olundu. Sonra udlaq plastika edildi. Traxiya bərpa olundu”. 

Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.  

Qeyd edək ki, əməliyyatın aparılmasında tibbi və texniki vasitələrin təminatı Tibbi Sığorta tərəfindən həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, ilkin ehtimalla Azər Məmmədov narkotik istifadəçisidir. Onun ülgüclə boğaz nahiyəsindən özünə xəsarət yetirməsi ehtimal olunur. 

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO