Ümid Partiyasının sədri İqbal Ağazadə koronavirusdan sağalıb və iş başındadır.
Bu barədə Bizim.Media-ya partiya sədrinin özü məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: İqbal Ağazadə koronavirusa yoluxdu
Ev şəraitində müalicə alaraq sağaldığını deyən İqbal Ağazadə bir neçə gündür ki, işə çıxır:
“Səhhətim normaldır və iş başındayam. Bizim.Media-ya mənlə maraqlandıqları üçün təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, partiya sədri avqustun 19-da test analiz verib və ona göndərilən nəticədə “pozitiv” qeyd olunub. Partiya sədri bir aya yaxındır ki, müalicə alırdı.
Alçina Amilqızı, Bizim.Media