Tikintisi zamanı məzarlıq aşkar edilən məktəb yenidən İNŞA EDİLDİ - FOTO

Tikintisi zamanı məzarlıq aşkar edilən məktəb yenidən İNŞA EDİLDİ - FOTO

Hazırda oxunan: Tikintisi zamanı məzarlıq aşkar edilən məktəb yenidən İNŞA EDİLDİ - FOTO

37538

Bir müddət əvvəl inşası zamanı tarixi qəbirlər aşkar edilən Qubanın dağlıq Qrız kənd məktəbinin yeni binası kəndin digər ərazisində inşa olunub.

Bu barədə Bizim.Media-ya Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, yeni məktəbin yeni ərazisi mütəxəssislərin məsləhəti ilə seçilib. 

Məktəbin tikinti təşkilatının rəhbəri Rəvan Ağayev isə Bizim.Media-ya bildirib ki, artıq yeni modul tipli məktəbin inşası başa çatıb.

“Bütün avadanlıqlarla təchiz edilən məktəbin yalnız həyətinin asfalt örtüyü işləri görülməyib.Tezliklə məktəb həyətinin asfalt örtüyü ďöşənəcək və məktəb sentyabrın 29-da tədrisə tam hazır vəziyyətdə olacaq”.

Xatırladaq ki, Qrız kəndində məktəb inşası zamanı tarixi qəbirlər aşkar edildiyindən kənddə mütəxəssislər dəvət edilib və Arxeologiya və Etnoqrafiya institutu əməkdaşlarının əraziyə baxışından sonra tikintini davam etdirmək məqsəduyğun hesab edilməyib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO