Azərbaycan elminə ağır İTKİ - FOTO

Azərbaycan elminə ağır İTKİ - FOTO

Hazırda oxunan: Azərbaycan elminə ağır İTKİ - FOTO

37368

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə AMEA məlumat yayıb. 

Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olubr.

1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirib.
 

Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışıb. 


A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO