İşğaldan azad edilən ərazilər Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqda davam edir. İndi də Kəlbəcərin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi işlərinə yekun vurulur.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında Kəlbəcərin elektrik enerjisi ilə təminatını daha dayanıqlı və keyfiyyətli etmək üçün Daşkəsəndə yeni yarımstansiya inşa edildiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azad edilmiş ərazilərə internet elektrik xətləri ilə ÖTÜRÜLƏCƏK
O, qeyd edib ki, artıq yeni yarımstansiyanın inşası yekunlaşmaq üzrədir:
“Gəncədən Daşkəsənə yeni 110 kV-luq xətt çəkilir. Xətlər çox çətin dağ relyefindən keçir. Artıq son tamamlanma işləri aparılır və yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir”.
Alçina Amilqızı, Bizim.Media