Kürdəmirdə qardaş bacısını öldürdü

Kürdəmirdə qardaş bacısını öldürdü

Hazırda oxunan: Kürdəmirdə qardaş bacısını öldürdü

37121

Kürdəmir rayonunda qətl hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki aralarında yaranan ailə münaqişəsi zəmnində rayon sakini, Şıxəliyev Xəyal Təbriz oğlu bacısı 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxlu sayda bıçaq xəsarəti yetirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü


Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırsalarda onun həyatını xilas etmək mümkün olmayıb. D.Nəsirova aldığı çoxsaylı bıçaq zərbələri səbəbi ilə xəstəxanada ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO