İcra başçısı koronavirusdan vəfat etdi

İcra başçısı koronavirusdan vəfat etdi

Hazırda oxunan: İcra başçısı koronavirusdan vəfat etdi

3700

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib.

Məlumatına görə, V.Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V.Tağıyevin həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

Qeyd edək ki, Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olub.   

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO