Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu

Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu

36978

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə 15 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə Bizim.Media Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimlərində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır


“Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək”, - deyə Mərkəzdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO